E-Visa

Azərbaycana xoş gəlmişsiniz!
Azərbaycan Respublikasına səfər edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin bir qismindən viza tələb olunmasa da, əksər hallarda səfər öncəsi viza üçün müraciət etməyə ehtiyyac yaranır.  
Azərbaycana daxil olmaq üçün vizaya ehtiyacınız olduğunu dəqiqləşdirdikdən sonra müraciət prosesini asan və sürətli şəkildə e-viza vasitəsilə həyata keçirə bilərsiniz. Vaxtınıza qənaət etməklə yanaşı, e-viza vasitəsilə məlumatlarınızın təhlükəsizliyinin təmin olunduğundan, o cümlədən sənədlərinizin müvafiq hökumətlərə təqdim edilməzdən öncə immiqrasiya üzrə ekspertlər qrupu tərəfindən nəzərdən keçiriləcəyindən əmin ola bilərsiniz. Səfərin nəzərdə tutulan müdddətindən və ölkəyə giriş-çıxış sayından asılı olaraq "Khazar Travel" vasitəsilə aşağıda qeyd olunan 2 növ giriş vizası və ya tranzit vizası üçün müraciət mümkündür:

Birdəfəlik (adi) giriş vizası
Bu növ viza elm və təhsil, işgüzar, turizm, humanitar, mədəniyyət və idman, o cümlədən şəxsi səfər məqsədləri üçün müraciət edən şəxslər üçün uyğundur. Vizanın etibarlıq müddəti birdəfəlik səyahət üçün 90 günədək müəyyən olunur və göstərilən müddət ərzində əcnəbi və vətəndaşlığı olmayan şəxsə ölkəyə yalnız bir dəfə giriş-çıxış həyata keçirməyə icazə verir.

Çoxdəfəlik giriş vizası
Bu növ vizanın etibarlılıq müddəti 2 ilədək müəyyən olunur və şəxsə müvafiq müddət ərzində ölkəyə çoxsaylı giriş-çıxışları həyata keçirməyə icazə verir. Qeyd edək ki, nəzərdə tutulan etibarlılıq müddəti vizada göstərilən tarix aralığını əhatə edir. Həmin müddət ərzində istifadə edilməyən viza qüvvədən düşmüş hesab olunur.

Bir və ya ikidəfəlik tranzit vizası
Tranzit vizası üçüncü ölkələrə gedən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisindən keçmək üçün verilir. Etibarlılıq müddəti 30 gün, ölkədə qalma müddəti isə 5 günədək müəyyən edilir. Tranzit vizaları hava, su, dəmiryol nəqliyyatı və digər nəqliyyat növü vasitəsi ilə gediş marşrutu və ona sərf olunan vaxt nəzərə alınmaqla verilir.
Eyni zamanda "Khazar Travel" sürətləndirilmiş viza rəsmiləşdirilməsi xidmətini qeyri-iş və bayram günlərindən asılı olmayaraq, 3 saat ərzində, sadə vizanın rəsmiləşdirilməsini isə 3 iş günü müddətində, ölkədə qalma müddəti 30 günədək icra edir. 
Əlavə olaraq qeyd edək ki, Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti yerləşən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması zəruri hesab olunur. "Khazar Travel" şirkəti bu prosesin ən rahat şəkildə həyata keçirilməsi üçün qeydiyyata alınma mərhələsində sizlərə köməklik göstərir. Təcrübəli və ixtisaslaşmış müştəri dəstəyi sizə 7/24 kömək etməyə hazırdır. 

Viza almaq stresindən azad bir şəkildə səyahətlərinizi planlamanız üçün xidmətinizdəyik!

Partnyorlarımız

Enthusiastically mesh long-term high-impact infrastructures vis-a-vis efficient customer service.
Professionally fashion wireless leadership rather than prospective experiences.

© 2022 Khazar Travel. Bütün hüquqlar qorunur.