"Khazar Travel" olaraq sizə beynəlxalq və yerli konfranslar, partnyorlarası və elmi müşavirələr, qurultaylar, konqreslər, iqtisadi və siyasi forumların təşkili, dizaynı, koordinasiyası və idarə olunmasında biznes və qurumlarını müşayiət edən MICE turizm xidmətlərini təklif edirik. 

MICE Turizm nədir?
Səyahət kontekstində "MICE" görüşlər, təşviqlər, konfranslar və sərgilər üçün qısaldılmış termin hesab olunur. MICE turizmi əvvəlcədən planlaşdırılan və müəyyən məqsədlərə nail olmaq üçün iştirakçı qrupların toplandığı bir turizm növüdür. Bu turizm onilliklər ərzində işgüzar turizmin vacib hissəsinə çevrilmişdir.
"Khazar Travel" geniş professionallığa malik yüksək xidmət göstərən tədbir təşkilatçıları, məkanlar, hotellər, xüsusi yerlər və diqqətlə seçilmiş bir sıra tərəfdaş şirkətlərlə işləyərək sizə tədbirlərinizi yüksək səviyyədə keçirmək imkanı vəd edir. 

Xidmətlərimizə daxildir:
Planlama: Siz bizə tədbiriniz haqqında məlumat verin, xəyalınızdakı konsepsiyasının hazırlanmasını isə bizə həvalə edin. Tədbirin məqsədinə və büdcəsinə uyğun məkan və təchizat seçimi, uyğun bələdçi və tərcüməçilərin qərarlaşdırılması, proqramın və səmərəli büdcənin hazırlanaraq sizə təqdim edilməsi işimizin əsas hissələrindən birini təşkil edir. 
Hazırlıq: Planlama mərhələsini tamamladıqdan sonra konseptdən asılı olaraq səhnə dizaynı, keterinq xidməti, təmtəraqlı şam yeməyi, banket və furşetin təşkili, milli rəqslər kimi bir sıra mədəni proqramların hazırlanması mərhələsinə keçid edilir. Xarici iştirakçılar üçün xüsusi proqramın hazırlanması, tədbir iştirakçılarına dəvətnamələrin göndərilməsinin təşkili və qeydiyyatla hazırlıq prosesi tamamlanır. 
Təşkilatçılıq və icraetmə: Tədbir iştirakçılarının ölkəyə daxil olması üçün viza rəsmiləşdirilməsi, qonaqlama və qarşılama xidməti, hava limanından və ya ölkə daxilindən transferlərin təşkili, xarici iştirakçılar üçün hazırlanan xüsusi planın icrası və tədbir boyunca komandamızın xüsusi müşayiəti ilə tədbir həyata keçirilir. 
Təcrübəli komanda ilə təchiz olunmuş "Khazar Travel" istənilən növ turları təşkil etmək və yüksək səviyyəli tədbirlərin idarə edilməsini təmin etmək üçün xidmətinizdədir. Bizə etibar etməklə qüsursuz nəticədən zövq ala bilərsiniz.

Partnyorlarımız

Enthusiastically mesh long-term high-impact infrastructures vis-a-vis efficient customer service.
Professionally fashion wireless leadership rather than prospective experiences.

© 2022 Khazar Travel. Bütün hüquqlar qorunur.