"Khazar Travel"-in tarixi
"Khazar Travel" 1999-cu ildən etibarən Azərbaycanda aparıcı turizm və səyahət şirkətlərindən biri kimi fəaliyyət göstərir. Bakı şəhərinin mərkəzində yerləşən 3 ofisi və "Xəzər" brendi adı altında çalışan 60 nəfərlik professional və təcrübəli komandası ilə "Khazar Travel" həm ölkə daxilində, həm də xarici ölkələrdə geniş xidmət şəbəkəsinə malikdir. "Khazar Travel" olaraq hər zaman görkəmli qrup səyahətlərinin, korporativ görüşlərin, təşviqlərin və xüsusi tədbirlərin layihələndirilməsi, planlaşdırılması və həyata keçirilməsində yaradıcılığı, yüksək xidməti və mükəmməlliyi əsas tuturuq. Şirkətimizin beynəlxalq turizm bazarı ilə olan zəngin təcrübələrini nəzərə alaraq qeyd edə bilərik ki, xidmətlərimiz təkcə qonaqların qarşılanması və yerləşdirilməsi ilə məhdudlaşmır. Professionallığımızın günü-gündən artdığı 23 il ərzində biz güclü strateji tərəfdaşlığımız və etibarlı yerli təchizatçılarımızla birlikdə geniş şəbəkə yaratmağa nail olmuşuq. Bu baxımdan dünya miqyasında seçilən peşəkar tərəfdaşlarımızla birgə müştərilərin bütün ehtiyaclarına cavab verən ən üstün səyahət və turizm təcrübələrini təqdim etməkdən qürur hissi duyuruq.
Komandamız kiçik xüsusi maraq qrupları üçün nəzərdə tutulan tədbirlərdən, geniş konqreslərə qədər fərqli qrup spesifikasiyalarına və büdcə məhdudiyyətlərinə cavab verən, ən önəmlisi isə fərdi yanaşmanı əsas tutan müxtəlif növ xidmət paketlərinin hazırlanması üzrə mütəxəssisləşmişdir.
"Khazar Travel"ı seçdiyiniz zaman 300-dən çox hotel, nəqliyyat vasitələri,məkanlar, lisenziyalı bələdçilər, viza xidmətləri, tur proqramlar və s. kimi xidmətləri əldə edəcəyinizdən əmin ola bilərsiniz.
Bundan əlavə, "Khazar Travel" ölkədəki bir çox aviaşirkətin aparıcı satış nümayəndəsidir. Biz yerli səyahət agentlikləri, korporasiyalar və geniş ictimaiyyət üçün tərəfdaşlarımızın xidmətlərini inkişaf etdirmək və dəstək olmaq məqsədilə bu aviaşirkətləri Bakıda hava yolları və satış sahəsində ixtisaslaşmış mütəxəssislərdən ibarət xüsusi komanda ilə təmin edirik.